Əhmədəliyevin niyə işdən çıxarıldığı bilindi
- 16.04.2026, 11:57,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Xəbər verildiyi kimi, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisini vəzifəsindən azad edib.
Telexeber.az unikal.az-a istinadən xəbər verir ki, Rəşad Əhmədəliyevin işdən çıxarılmasına çoxsaylı şikayətlərin səbəb olduğu bildirilir. Belə ki, Rəşad Əhmədəliyev şəhid ailələrini, qaziləri və şəhər sakinlərini vaxtlı-vaxtında qəbul etmir, onların problemlərini həll etməkdən yayınırmış. Onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına icazə verilməsində də rolu olub.
Qeyd edək ki, mediada Rəşad Əhmədəliyevin çoxsaylı avtomobilləri və obyektləri olması barədə də məlumat yayılmışdı.