
10 May tarixi Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin doğum günü kimi ölkəmizdə böyük ehtiramla qeyd olunur.
Dövlətinə və millətinə sədaqəti ilə seçilən ziyalı şəxs Yaşar Salahov Hüseyn oğlu bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətləri heç zaman unudulmayacaq. Onun sözlərinə görə, Heydər Əliyev yalnız bir siyasi xadim deyil, həm də Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucularından biri kimi tarixə düşüb.
Yaşar Salahov qeyd edib ki, 1990-cı illərin mürəkkəb və ağır dövründə ölkədə hökm sürən siyasi böhran, xaos və parçalanma təhlükəsi məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində aradan qaldırıldı.
“Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Məhz onun rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, dövlət quruculuğu prosesi sürətləndirildi və Azərbaycan beynəlxalq arenada öz layiqli yerini tutmağa başladı”, – deyə Yaşar Salahov bildirib.
O vurğulayıb ki, ümummilli liderin müəyyən etdiyi neft strategiyası, ordu quruculuğu siyasəti, milli-mənəvi dəyərlərin qorunması və gənclərə göstərilən diqqət bu gün də uğurla davam etdirilir.
Yaşar Salahovun sözlərinə görə, ulu öndər hər zaman xalqına arxalanan, dövlətini hər şeydən üstün tutan lider olub:
“Heydər Əliyev Azərbaycan xalqının yaddaşında daim yaşayacaq böyük şəxsiyyətdir. Onun dövlətçilik ideyaları gələcək nəsillər üçün örnəkdir. Bu gün hər bir azərbaycanlı ulu öndərin müəyyən etdiyi inkişaf yolunun nəticələrini görür.”
Sonda Yaşar Salahov bildirib ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman böyük hörmət və ehtiramla yad edəcək.
Telexeber.az olaraq qeyd edirik ki, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rol oynamaqda davam edir.