Bu şəxslərin əməkhaqlarına əlavənin müddəti artırıldı - QƏRAR
- 14.05.2026, 15:14,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2026-cı il iyuladək uzadılıb.
Telexeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Qeyd edək ki, bu müddət oktyabrın 1-də başa çatıb.