
Azərbaycanın siyasi ekspert cameəsində son illər aktiv fəaliyyəti ilə diqqət çəkən simalardan biri də Zaur Məmmədov hesab olunur. Regional və beynəlxalq münasibətlərə dair çıxışları, televiziya debatlarındakı sərt və prinsipial mövqeyi, xüsusilə Cənubi Qafqazda baş verən geosiyasi proseslərə dair şərhləri ilə seçilən politoloq bir çox hallarda gündəmin əsas müzakirə olunan ekspertlərindən biri kimi qiymətləndirilir.
Politoloqun fəaliyyətini izləyənlər qeyd edirlər ki, Zaur Məmmədov yalnız gündəlik siyasi hadisələri şərh edən ekspert deyil, eyni zamanda proseslərin görünməyən tərəflərinə toxunan analitik düşüncə sahibi kimi fərqlənir. Onun müxtəlif televiziya kanallarında, xəbər portallarında və ictimai platformalarda səsləndirdiyi fikirlər xüsusilə postmüharibə dövründə Azərbaycanın regiondakı mövqeyi ilə bağlı diqqət çəkib.
Müşahidəçilərin fikrincə, politoloqun çıxışlarında əsas xətti dövlətçilik, milli maraqlar və regional təhlükəsizlik məsələləri təşkil edir. Xüsusilə Qarabağ məsələsi, Zəngəzur dəhlizi, Azərbaycan-Türkiyə münasibətləri, Qərbin Cənubi Qafqaz siyasəti və Ermənistan daxilində baş verən siyasi proseslərlə bağlı təhlilləri bir çox hallarda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur.
Siyasi cameədə formalaşan fikrə görə, Zaur Məmmədovun ən çox diqqət çəkən xüsusiyyətlərindən biri emosional ritorikadan uzaq, faktlara və geopolitik reallıqlara söykənən analizlər təqdim etməsidir. Bu isə onu müxtəlif auditoriyalar üçün maraqlı edən əsas məqamlardan hesab olunur.
Ekspertin mediada aktivliyi də ayrıca diqqət çəkir. O, bir sıra yerli və beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin müdafiəsi istiqamətində çıxışlar edib, regionda baş verən prosesləri xarici auditoriyaya çatdırmağa çalışıb. Analitik dairələr hesab edir ki, informasiya müharibələrinin gücləndiyi bir dövrdə belə ekspertlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, son illər Azərbaycanda siyasi ekspert mühitində gənc və aktiv simaların önə çıxması müşahidə olunur. Bu baxımdan Zaur Məmmədov adı da tez-tez gündəmə gələn fiqurlar sırasında göstərilir.
Telexeber.az olaraq hesab edirik ki, cəmiyyətin siyasi prosesləri daha dərindən anlamasında peşəkar və analitik yanaşma sərgiləyən ekspertlərin fəaliyyəti mühüm rol oynayır. Regional proseslərin sürətlə dəyişdiyi bir zamanda düzgün analiz və obyektiv yanaşma hər zamankından daha vacib görünür.