Xəzər sahillərinin ekoloji mühafizəsində mühüm addımlar – Eldar Məmmədov görülən işlərə şəxsən nəzarət edir
- 01.05.2026, 16:05,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Son illər ölkədə ekoloji təhlükəsizliyin təmin olunması və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən layihələr sırasında “Azsu Ekoloji Qurğu” MMC-nin fəaliyyəti diqqət çəkən istiqamətlərdən biri kimi qiymətləndirilir. Müəssisənin direktoru Eldar Məmmədov rəhbərliyi altında xüsusilə Xəzər dənizi sahili ərazilərində çirkab sularının təmizlənməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilir.
Məlumata görə, həyata keçirilən layihələr çərçivəsində sahilyanı ərazilərdə ekoloji tarazlığın qorunması, çirkab sularının idarə olunması və ətraf mühitə dəyən mənfi təsirlərin minimuma endirilməsi əsas prioritetlərdən hesab olunur. Görülən işlərin icrasına müəssisə rəhbərliyi tərəfindən mütəmadi nəzarət edilir.
Qeyd olunur ki, Eldar Məmmədov görülən və gələcəkdə icrası nəzərdə tutulan layihələri diqqətdə saxlayaraq proseslərlə yaxından maraqlanır, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tapşırıqlar verir.
Eyni zamanda sosial məsələlərə də həssas yanaşdığı bildirilən müəssisə rəhbərinin imkansız ailələrə, Qarabağ əlillərinə və şəhid ailələrinə imkan daxilində dəstək göstərməyə çalışdığı qeyd edilir. Bu yanaşma bir çox vətəndaş tərəfindən müsbət qarşılanır.
Mütəxəssislər hesab edir ki, ekoloji layihələrin davamlı şəkildə həyata keçirilməsi həm Xəzər dənizinin mühafizəsi, həm də gələcək nəsillər üçün sağlam ətraf mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.