Rayonlara gediş-gəlişlə bağlı əhaliyə VACİB XƏBƏR VAR
- 31.08.2020, 11:51,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Rayonlara gediş-gəlişin bərpa edilməsi ilə bağlı qərarı Nazirlər Kabineti yanında operativ qərargah verəcək".
Telexeber.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
K. Əliyev sentyabrın 15-dən etibarən təhsil və təlim prosesinin bərpa olunması ilə əlaqədar regionlardan paytaxta gediş-gəlişə icazə ilə bağlı məsələyə də toxunub:
“Ali təhsil müəssisələrində onlayn təhsil nəzərdə tutulub. İbtidai siniflərə əyani təhsilin isə regionlara gediş-gəlişin bərpası ilə əlaqəsinin olmadığını düşünürəm. Onlar yaşadıqları, qeydiyyatda olduqları mənzillərdədirlər.Bu baxımdan məktəbə getmələrində problem olmayacaq". (Oxu.az)