"Beta" şirkəti Lənkəran meşəsində ağacları kəsib - ETSN
- 10.07.2021, 10:04,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Son günlər kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Lənkəran rayonunun Haftoni ərazisində “Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatların araşdırılması və müqavilə şərtlərinin icra vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırma Qrupunun ilkin yoxlamaları başa çatıb.
Telexeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, aparılan araşdırmalar zamanı “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar olunub.