Ərdoğandan ZƏNGƏZUR DƏHLİZİ AÇIQLAMASI: Putin razıdır

Ərdoğandan ZƏNGƏZUR DƏHLİZİ AÇIQLAMASI: Putin razıdırZəngəzur Dəhlizi bütün bölgə üçün əhəmiyyətli bir fürsət olacaq.

Telexeber.az xəbər verir ki, bu açıqlamanı Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğan Soçi görüşündən qayıdan zaman təyyarədə jurnalistlərin sualını cavablandırarkən edib. Ərdoğan qeyd edib ki, burada həyata keçiriləcək avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticarət və iqtisadi imkanlar baxımından perspektivli olacaq.
"Azərbaycan bu dəhliz üçün geniş işlər görür. Təbii ki, Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməlidir".

Ərdoğan qeyd edib ki, Putin "Altılı platforma" mövzusunda da hər zaman adekvat addımlar atmağa hazırdır.
Популярный ролик