Cəbrayıl şəhərinin azad olunmasından bir il ötür
- 04.10.2021, 10:57,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən bir il ötür.
Telexeber.az-ın məlumatına görə, 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal edilən Cəbrayıl şəhəri, ötən ilin oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən azad olunub. Elə həmin gün Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəlin düşmən işğalından azad olunduğunu açıqlayıb.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.