Hadrutun işğaldan azad olunmasından 1 il ötür
- 09.10.2021, 09:19,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.
Telexeber.az-ın məlumatına görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində digər düşmən tapdağında qalan torpaqlarımız kimi, Hadrut qəsəbəsi da oktyabrın 9-da düşmən tapdağından azad edilib.
Qələbə xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.

Qeyd edək ki, oktyabrın 9-da Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də düşmən işğalından azad olunub.