Eldar Yunusov paytaxt baxçalarını soyğunçu yuvasına çevirib VİDEO.

Eldar Yunusov paytaxt baxçalarını soyğunçu yuvasına çevirib VİDEO.
Azərbaycan prezidenti İlham Əliyev cənabları dəfələrlə çıxışlarında bildirib ki, məmur dövlət üçün, xalq üçün işləməlidir və onun birinci vəzifəsi xalqın, dövlətin qulluğunda durmaqdır. Ancaq təssüflər olsun ölkədə vəzifə tutan bir çox məmurlar var ki, onlar ilk öncə özlərinin şəxsi maraqlarını fikirləşirlər. Belə məmurlardan biridə Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusovdur.
Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə və paytaxt Bakıdakı uşaq baxçaları daim prezidentimiz İlham Əliyevin diqqət və qayğısındadır.
Ölkə başçımız İlham Əliyev paytaxt baxçalarının təmiri, yenidən qurulması və uşaqlar üçün müasir standartlara uyğun şəraitlərin qurulması üçün dövlət büdcəsindən hər il rayon icra hakimiyyətlərinə vəsaitlərin ayrılması ilə bağlı sərəncamlar verir. Bütün bunlar onu göstəricisidir ki, prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaqların daim qayğısına qalırlar.
Ancaq Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusov prezidentimizdən fərqli olaraq uşaq baxçalarının fəaliyyətindən özünün şəxsi mal mülkünü artırmaq üçün çalışdığını deyə bilərik. Ölkə mediasında hər gün, hər həftə, hər ay paytaxt baxçalarındakı problemlərlə bağlı yazılar, şikayətlər dərc olunur. Paytaxt baxçalarının əksəriyyətində baş alıb gedən qanunsuzluqlar, rüşvət, özbaşınalıq, baxça müdirlərinin baxçanı şəxsi obyekti kimi istiadə etməsi ilə bağlı dəfələrlə müxtəlif məlumatlar dərc olunub. Nədənsə daim paytaxt baxçalarında baş verən qanunsuzluqların, rüşvət olaylarının arxasında Eldar Yunusovun adı hallanır.
Bu gün hər kəsə yaxşı məlumdur ki, Bakı şəhərində fəaliyyət göstərən xeyli sayda baxçalara uşaq qəbulu müşkül bir işə çevrilib. Baxça müdirləri uşaqların valideyinlərindən rüşvət almaqla bərabər həmdə xeyli sayda uşağa baxılması üçün əlavə “rüsum” belə istəyirlər. Paytaxt baxçalarına gedən uşaqların əksəriyyətinin özü ilə yemək içmək gətirməsi və dövlətin ayırdığı ərzaq mallarının demək olar 80 faizinin mənimsənilməsi isə adı hala çevrilib. Ölkəmizin gələcəyini yaxşı qurmaq, sabahın gəncini cəmiyyətin sağlam üzvünə çevirmək istəyiriksə mütləq şəkildə məktəbəqədər təhsili inkşaf etdirməliyik. Azərbaycanda məktəbəqədər təhsilin inkşafı üçün dövlət tərəfimizdən hər hansı bir problem yoxdur. Bunu yazımızın əvvəlində ölkə prezidneti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın uşaqlara olan qayğıları, uşaq baxçalarının inkşafı üçün etdikləri yüzlərlə işi misal göstərmək olar. Amma Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusov heçdə məktəbəqədər təhsilimizin inkşafında maraqlı deyil desək yanılmarıq.
Telexeber.az a daxil olan video matrialı oxucuların diqqətinə çatdırırıq.
Популярный ролик