Şok təhdid: Bizim xəttimizi keçsəniz onda gününüzü görəcəksiniz
- 08.02.2022, 08:35,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

“Ukrayna ordusu Donetsk və Luqansk bölgələrinə hücum edərsə, Belarus və Rusiya buna birgə cavab verəcək”.
Telexeber.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko belə açıqlama verib. O bildirib ki, ABŞ Ukraynanı hücum etməyə təşviq etmək istəyir:
“Ukrayna məsələsində prezident Vladimir Putin doğru davranış sərgiləyir. Bunu dəstəkləyirəm. Qırmızı xəttimizi çəkdik. Bu xətti keçsəniz onda gününüzü görəcəksiniz”.
Jurnalistin müharibə olacağı təqdirdə Ukrayna torpaqlarına raket hücumunun təşkil edilib-edilməyəcəyi ilə bağlı suala, dövlət başçısı “Təkcə raket hücumu olmayacaq” cavabını verib. Lukaşenko buna bütün vasitələrlə cavab veriləcəyini ifadə edib:
“Qərb istəsə belə Ukrayna Rusiya və Belarusla müharibə aparmayacaq. Müharibə olarsa, maksimum 3-4 gün davam edər”.