"Macarıstan, Polşa və Rumıniya Ukrayna ərazisinə iddia edə bilərlər".
Telexeber.az xəbər verir ki, bu fikirləri Ukrayna Müxalifət Platformasının Həyat Naminə (OPPL) partiyasından olan, Ali Radanın deputatı İlya Kiva edib öz Telegram kanalında yazıb .
Kiva Ukraynada aparılan dekommunizasiya kursunu tənqid edib.
Kiva deyir ki, “İndi biz Macarıstan, Polşa və Rumıniyanın “mənfur, işğalçı kommunist rejimi” zamanı Ukraynanın qəbul etdiyi əraziyə iddia qaldırmasını gözləyirik. Ternopil, Çernivtsi, Volın, Lvov vilayətləri buna çoxdan hazırlaşıblar, ikinci vətəndaşlıq alıblar və onların “ilhaqını” səbirsizliklə gözləyirlər”.
Deputat onu da bildirib ki, Zelenskinin siyasəti nəticəsində ölkənin cənub-şərqi Ukraynanın tərkibindən çıxa bilər.