Zelenskiyə növbəti sui-qəsd PLANI: Bu dəfə “Vaqner qrupu” cəhd etdi
- 26.03.2022, 09:31,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Rusiyanın “ Vaqner ” özəl hərbi şirkətinin silahlıları Ukrayna prezidenti Vladimir Zelenskiyə və baş nazir Denis Şmıxala sui-qəsd planlaşdırıb".
Telexeber.az xəbər verir ki, bu barədə CNN telekanalına müsahibəsində Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski bildirib. Baş verənlərlə bağlı Lubkivski açıqlamasına əlavə edib ki, bütün sübutlar Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib.
Müdafiə nazirinin müşaviri qeyd edib ki, Ukrayna kəşfiyyatı Ukraynada və xaricdə yaraqlıları izləyərək, onlardan bir neçəsi ölkə daxilində məhv edilib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirmişdi ki, Ukrayna prezidenti Vladimir Zelenski artıq ona qarşı cəhd edilən 10-dan çox sui- qəsd cəhdindən sağ çıxa bilib.
Məlumat üçün bildirək ki, "Vaqner" qrupu Rusiyada Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdlularının Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir. Bəzi məlumatlara görə, onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.