Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadənin Sabaha-inamla.Az-ın
- Çətin deyil ki, bu vəzifədə işləmək?
Sualına belə cavab verir ki,
-Əslində heç bir işin asanı olmur. Deyirlər hər bir işin özünəməxsus çətinliyi var. Mən deyərdim çətinliyi yox, ağırlığı var. Bununda ki, öhdəsindən gəlirik.Niyə mən bu işi özümə asan bilirəm?
-Çünki bildiyim işin içindəyəm. Mən uzun illərdir bu sahədəyəm.
Bəs yaxşı uzun illər bu işdə praktika qazanan,Bakı-Avropa liseyində YUNİSEF-in təlim kursunu keçmiş, beynəlxalq sertifikat qazanmış,təlimçi işində, mentor işində işə yararlı olub-olmamaq üçün müsahibələrdən keçmiş,"Direktorluq kursu"na getməmişdən əvvəl məntiqdən imtahan vermiş,bütün işlərin hamısı müsahibələrlə olub və sonda Sumqayıt şəhər İcra Hakimiyyətinin əmrinə əsasən Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş Arzu Alızadə niyə rüşvətxor məktəb direktorların barəsində əvvəlcədən tədbir görmür ?
Bu yaxın günlərdə sosyal şəbəkədə yayılan səs yazısını yəqin ki, ölkədə eşitməyən qalmayıb. Deməli məktəblərdə pul yığımı var və təhsil şöbəsi buna göz yumur ki,vətəndaşda artıq bezir əldə etdiyi səs yazısı haqqında təhsil şöbəsinə müraciət etmir,bir başa sosyal şəbəkədə paylaşım edir.
Vətəndaş qarşısında etibarını itirən Sumqayıt şəhər Təhsil Şöbəsinin fəaliyyəti, necə özünü doğrulda bilər?
Telexeber.az sözü gedən səs yazısını oxuculara təqdim edir.