Baş Dövlət Yol Polisi İdarəsi- əməkdaşlarının əziyyəti danılmazdır.

Baş Dövlət Yol Polisi İdarəsi- əməkdaşlarının əziyyəti danılmazdır.
Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur.
Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib.
Telexeber.az hər zaman, Baş Dövlət Yol Polisi əməkdaşlarının əziyyətini və çevikliyini işıqlandırıb,xalqın diqqətinə çatdırıb.Sözün düzünü desək, Yol polisi bir dəqiqəlik fəaliyyətini dondursa yollar bərbad vəziyyətə düşər,çünki bəzi sürücülərdə yol mədəniyyəti yoxdur.Yol polisi olmayan ərazilərdə avtoxuliqanlıq və səs gücləndirici vasitələrdən istifadə edib sakinlərə narahatçılıq verirlər.Sürücülərin bu davranışları yol nəqliiyat hadisələrinə gətirib çıxardır.Qəzaların çoxu sürət həddinin aşmasından və sükan arxasında səbirsizlik etməkdən yaranır.Tələsgənlik sizi ancaq ölümə apara bilər.
Biz yol polisi görəndə qorxmaqdansa,qanunlarımıza riayət etsək daha yaxşı olar.Zatən Dövlət Yol Polisi əməkdaşları yollarda qanunu təmzimləyir.
Yol polisləri tərəfindən tez-tez reyidlər təşkil olunmasının hamımız tərəfdarıyıq çünki,təşkil olunan reyidlərdə çox sayda qanun pozuntuları aşkarlanır,narkotik vasitə istifadə edib, içkili halda avtomobil idarə edən sürücülərdə az deyil,buna baxmayaraq yol polisi əməkdaşlarının ayıqlığı və çevikliyi sayəsində bu hallar aşkar olunur və dərhal qanun çərçivəsində cəzalandırılır.
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalovun səmərəli fəaliyyətinin nəticəsidir ki, bu gün Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmini və yol hərəkəti qaydalarının təbliği işində media və ictimaiyyət təmsilçiləri ilə yaxından əməkdaşlıq edir. Aparılan maarifləndirmə, təbliğat, maddi-texniki bazanın gücləndirilməsi, İKT-nin tətbiqi və düzgün təşkil edilmiş xidmət nəticəsində ötən il respublikada avtomobil sayının yüz mindən çox artmasına baxmayaraq yol qəzaları və bu qəzalarda ölən və yaralananların sayı azalmışdır. Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan daxil olan müraciətlərin diqqətlə və obyektiv araşdırılıb, müsbət nəticələr əldə olunduğu nümunəvi dövlət qurumlarındandır.
Hər zaman vətəndaşların böyük marağına səbəb olan bir məsələ - sürücülük vəsiqələrinin və dövlət nömrə nişanlarının verilməsində yeniliklərin tətbiqi isə yalnız alqışlana bilər. Bütün əlavə söz-söhbətlərə və şübhələrə son qoyan bu yeniliklər nəticəsində şəffaflıq tamamilə təmin olunmuş, əvvəllər müşahidə olunan bəzi nöqsanlar aradan qaldırılmışdır. Bu isə vətəndaşların razılığı ilə qarşılanmaqla yanaşı həm də Dövlət Yol Polisi İdarəsinin ictimai rəydə müsbət xatırlanmasını təmin edən faktora çevrilmişdir.
Популярный ролик