Sumqayıt qeydiyyat şöbəsində rüşvətxorluq və korrupsiya halları baş alıb gedir.

Sumqayıt qeydiyyat şöbəsində rüşvətxorluq və korrupsiya halları baş alıb gedir.
Sumqayıt qeydiyyat şöbəsində rüşvətxorluq və korrupsiya halları baş alıb gedir. Şöbənin müdiri Təranə Novruzova ancaq vətəndaşlardan pul qopartmaq haqqında düşünür. Ölkədə gedən uğurlu hüquqi islahatlara, etik davranış qaydalarına, şəffaflığa, qanunların icrasına məhəl qoymayan Təranə xanım sanki vətəndaşlara qənim kəsilib. Xüsusilə, yeni ailə quranlara divan tutur. Pulun oldu-olmadı ona yüksək məbləği ödəməlisən, Toyun hansı şadlıq evində olmasından, toya neçə gün qalmasından, şadlıq evinin yaxınlığından asılı olaraq elə qiymətlər qoyur ki... Başa düşmək olmur ki, bu rüşvəti o, nəyə görə alır. Toya 15 gün qalmış müraciət edənlərdən 170 manat, 20 gün qalmış müraciət edənlərdən isə 200 manat tələb edir. Kim onun istədiyi pulu verməsə, şadlıq evində nikah kəsdirməkdən imtina edir.
Görəsən hörmətli ədliyyə naziri Fikrət Məmmədovun Təranə Novruzovanın bu özbaşınalıqlarından xəbəri varmı? İnanmaq olmur. Çünki hamı bilir ki, Fikrət müəllim ədliyyə sistemində ciddi bir şəffaflıq, qanunlara hörmət, qanunların icrasına nəzarət sistemi yaradıb. Təranə xanım isə görünür öz mənfəətini güdənlərdəndir, toya qazanc mənbəyi kimi baxır. Çox qəribədir ki, pul alandan sonra vətəndaşa nə qəbz verir, nə də başqa bir kağız.
  • Нравится
  • 0
  • Lloyd
  • 11-05-2022, 12:28
  • : 12:28
With havin so much written content do you ever run into any
problems of plagorism or copyright violation? My blog has a lot of completely unique content I've either created myself or outsourced but it seems a lot of it is popping it up all over the web without my agreement.
Do you know any techniques to help prevent content from being ripped off?

I'd really appreciate it.

my webpage :: sarang188
действия
Популярный ролик