“Əvəz Zeynallıya zəng edəcəm. O, Hacıbala Abutalıbovun yerini tapıb. İlisudadır, yəni Qaxda. Şəhərin mərkəzində Qış parkı deyilən park bu gün Hacıbalaya işləyir. Altındakı dayanacaq da, üstündəki bir kilometr uzunluğunda olan park da. Hətta Hacıbalayla bağlı çıxışlarıma görə oğlu Türkiyədən zəng vurub hədə-qorxu gəlirdi”.
Telexeber.az moderator.az-a istinadən xəbər verir ki, bunu Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül deyib ki, illərdir sabiq Bakı meri Hacıbala Abutalıbovdan uçurdulmuş evinə görə kompensasiyasını ala bilmir. Hansı ki, bununla bağlı məhkəmə qərarı da var:
“Dedim ki, Türkiyədə qoçuluq eləməsin, gəlsin dədəsinin mənə olan borcunu qaytarsın. Dədəsinin mənə 197 min manat borcu var. Bu məhkəmənin evimə qoyduğu qiymətdir. Hacıbala bunu Bakı meri olanda ödəməli idi, amma eləmədi. Nə evimi verdi, nə də pulumu. Özüm də illərdir damda yaşayıram. Mənə yoldaşlar dedi ki, Hacıbalanı villasında tapıblar. Mən efirə çıxıb bununla bağlı Cənab Prezidentə müraciət etmək istəyirəm. Cənab Prezident, mən sizdən xahiş edirəm, Hacıbalaya görə damda yaşamalıyam? Mənim ya pulumu, ya da evimi versin, ya da bunu çağırıb qoyun içəri qanun qarşısında cavab verməlidir. Bu adam cinayətkardır. Niyə görə bu gün Hacıbalaya görə günahsız insanları içəri qoyurlar?
Oğluna dedim ki, belə qeyrətlisənsə, gəl dədənin borcunu bağla, axirət dünyasında onun yaxasından yapışıb inşallah cəhənnəmə göndərəcəm. İndi elə həmin oğluna da səslənərəm. Bakını satıb, soyub, qoyub, qaçanlar bu gün Bakıda obyektlər işlədirlər. Oğluna da, Hacıbalaya da, onu müdafiə edənlərə də müraciət edirəm. Ya gəlin borcunuzu qaytarın, ya da beynəlxalq məhkəməyə müraciət edəcəm. Hacıbala azadlıqda yaşaya bilməz, çünki onun azadlıqda yaşamağa mənəvi haqqı yoxdur. Oğlu da özünü yığışdırsın, gəlsin mənimlə söhbət eləsin. Hacıbalaya da səslənirəm, adam kişi olar, vəzifə hesabına qoçuluq edirdin. Şeyx indi yenə gündəmdədir, xalqın sevdiyi, hörmət etdiyi ağsaqqal sənətkardır. Sən kimsən? Xalqın gecə-gündüz söyüb lənətlədiyi bir adamsan. Oğlun da ki, hansı yolun adamıdır hamımız bilirik. Gəlin halallıqla işi yoluna qoyağın”.
Qeyd edək ki, mətbuat yazıb ki, Bakının sabiq meri Hacıbalı Abutalıbovun oğluna məxsus Türkiyədə bu yaxınlarda istifadəyə verilən otelin ən bahalı otağının qiyməti 35 min avrodur. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb.