İmran Xandan DƏHŞƏTLİ XƏBƏRDARLIQ: Dediyimi etməsəniz…
- 03.06.2022, 09:28,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
“Hökumət seçkilər təşkil etməsə, Pakistanda vətəndaş müharibəsi başlayacaq”.
Telexeber.az xəbər verir ki, keçmiş Baş nazir İmran Xan belə xəbərdarlıqla çıxış edib. İmran Xan bildirib ki, hazırda o, tərəfdarlarının qorunması tələbi barədə Ali Məhkəmənin qərar verməsini gözləyir. Qərardan sonra parlament seçkilərinin keçirilməsi tələbi ilə yürüşlər başlayacaq. “Seçkilərə qanuni və konstitusiya qaydaları çərçivəsində getməyimizə icazə verib-verməyəcəklərini görəcəyik. Əks təqdirdə bu ölkə vətəndaş müharibəsinə sürüklənəcək” - İmran Xan bildirib.
Ötən həftə aksiyalar zamanı toqquşmalar qeydə alınmış, 100 polis yaralanmışdı. İmran Xan gərginliyin artmaması üçün aksiyanı təxirə salaraq, seçkilərin keçirilməsi barədə qərarın qəbul olunması üçün hökumətə 6 gün vaxt vermişdi.
Qeyd edək ki, İmran Xan ABŞ-ın dəstəyi ilə devrildiyini açıqlamışdı.