Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.
Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngız və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşı heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın sabahı, gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də bu insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq.
Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır.
Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir.Elə bu yaxın günlərdə şikayət əsnasında işıqlandırdığımız "Oğuz rayon- milli parkda ağaclar kəsilir? Şok Şok Şok " başlığı altında işıqlanan xəbərə görə, qarşı tərəfin gözündə biz vijdansız olduq.Telexeber.az da işıqlanan xəbərlər ya fakt əsasında olub,yada ki,xəbr səyfəsində qısa məzmun verərək şikayət əsnasında araşdırmamızı aparırıq.Ancaq görünür ikinci addımımız (xəbr səyfəsində qısa məzmun verərək şikayət əsnasında araşdırma) Dağlar müəllimi narahat edir və bu narahatçılığına görədə də,bizi vijdansız hesab edir.
Biz dağlar müəllimi tanıyırıq,onun iş üslubuna hörmətlə yanaşırıq.Ancaq Telexeber.az da "Oğuz rayon- milli parkda ağaclar kəsilir? Şok Şok Şok "başlığı altında işıqlanan xəbəri heç bir məmur bizim araşdırmamıza müdaxilə edə bilməz. Bizim vijdanımızda var,ağlımızda var.Tələsənlər bu yola əl atmaqdansa zəhnət çəkib şikayət əsnasında apardığımız araşdırmanın sonucunu gözləsinlər.
Ümüd edirəm ki, araşdırma zamanı Oğuz rayon- milli parkında hər hansı bir ağacın icazəsiz kəsilmə faktı ilə üzləşmiyəcəyik.