16 yaşında Bahalı Həyat yaşayan şəxs oxuduğu Orta məktəbdə bışaqla gəzir.
- 25.10.2022, 14:17,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Telexeber.az-a müraciət edən Rzayev Ruslan Mahmud oğlu bildirir ki,Binəqədi rayon 100 saylı tam orta məktəbdə 10-cu sinifdə oxuyan oğlu Rzayev Vüsal oxuduğu məktəbdə Amin,Raul və Emin adlı şagirdlər tərəfindən döyülərək bədəni gömgöy şəkildə evə gəlib.Vüsal bir müddət başına gələnləri və döyülmə hallarını evdən gizlətməyə çalışsada ata nələrin baş verdiyini hiss etdiyindən məktəbə yollanır. Sinif rəhbəri ilə görüşür oğlu Vüsalın məktəbdə özünü necə aparması ilə bağlı suallar verir.Vüsalın ağıllı və dərslərinə yaxşı hazırlaşdığını öyrənməklə yanaşı öyrənir ki, Yüksək rütbəli məmurun bahalı həyat yaşayan və ən əsasıda Orta məktəbə belə belində bıçaqla gələn Amin,Emin və Raul tərəfindən dəfələrlə sıxışdırılaraq sinif yoldaşlarının gözü önündə alçaldıcı hərəkətlər etməklə məşquldular.Vüsalın məktəbdə başına gələnləri gizlətməyin səbəbi isə sözü gedən məmur övladının üzərində gəzdirdiyi soyuq silah qismində olan bıçaqla hədələnməsidir. Valideyin Ruslan Rzayev baş verənlərlə bağlı məktəb direktoru ilə görüşməli olur.Baş verənlərdən sən demə direktorunda xəbəri varıymış. Elə görüş zamanı məktəbə polis əməkdaşlarının gəldiyini görür,bu zaman məktəb direktoru bildirir ki,Aminin özbaşınalığı ilə polisə məlumat verib.Valideyin onuda qeyd edir ki,sözü gedən Aminllə bağlı müxtəlif xoşa gəlməz hərəkətləri çox olub.Orta məktəbdə Amin həm yaşıd olduğu şagird qızla əxlaqsız hərəkətlər edərək,şəxsi telefonu ilə görüntüləri çəkərək məqsədyönlü şəkildə telefonunda saxlayırmış.Bu xəbəri eşidən məktəb direktoru həmin qız şagirdi məktəbdən uzaqlaşdırıb.Ancaq əxlaqsız hərəkətlərə yol verən 16 yaşlı məmur övladı yenədə rahat şəkildə bıçaq belində siqaret damağında məktəbdə öz missiyasını davam etdirir.
İnanırıq ki,qısa müddət ərzində sözü gedən şəxslə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırılmalar aprılaraq məsələ hüquqi qaydada öz həllini qapacaq.