PKK/YPG terrorçularının Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna hücumu nəticəsində 3 nəfər həlak olub.
Telexeber.az xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu açıqlama verib. O bildirib ki, ölənlərdən biri uşaqdır. Məlumata görə, raket məktəb ərazisinə düşüb.
Qeyd edək ki, Suriyanın şimalından Qaziantep şəhərinin Karkamış rayonuna 7 raket atılıb.