Azərbaycan xalqı çox xoşbəxtdir.

Azərbaycan xalqı çox xoşbəxtdir.
Azərbaycan torpaqları 30 il mənfur erməni qəsbkarlarının işğalı altında olub. Bu 30 il ərzində ermənilər Azərbaycan torpaqlarına qarşı ekoloji terror hadisəsi törədiblər. Ərazilərimiz uzun müddət işğal altında olmasına baxmayaraq, xalqımız hər zaman torpaqlarımızın azad olunacağı ümidi ilə yaşayırdı. Mənfur düşmən torpaqlarımızı qaytarmaq əvəzinə yeni ərazilər işğal etmək üçün müharibəyə başladılar. Beləliklə, vətən müharibəsi başladı. 44gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının həmrəyliyini və vətən sevgisini bir daha sübut etdi.İşğalçılar anladılar ki ,bundan sonra münaqişəyə dair heç nə əvvəlki kimi olmayacaq. Ermənistan öz həyasız niyyətini davam edə bilməyəcək, ərazi bütövlüyümüzün bərpası üçün real addımlar atılacaq, düşmən işğal siyasətini yürüdə bilməyəcək. Bunların əksi -Azərbaycan əsgərinin gücü ilə qarşılaşmaq deməkdir. Azərbaycan əsgəri sübut etdi ki, onun qüdrəti qarşısında düşmən duruş gətirə bilməz. Azərbaycan əsgərinin yumruğu Ermənistan üzərində təkcə hərbi qələbəni deyil, siyasi qələbəni də gerçəkləşdirdi. Prezident İlham Əliyevin həyata kecirdiyi güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasına başlıca səbəbdir.Ali Baş Komandan Qələbə müjdəsini xalqa çatdırarkən,sevinc və həyəcanını bölüşərkən söylədi ki, mən çox xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma torpaqlarımıza-Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Biz Azərbaycan xalqı da çox xoşbəxtik ki, Sizin kimi dövlət başçımız -Ali Baş Komandanımız var-Cənab Prezident ! Biz fəxr edirik ki, qəhrəman Azərbaycan xalqı bu qələbəni döyüş meydanında qazandı. İllər sonra o torpaqlarda üçrəngli bayrağın dalğalandığını görmək də varmış taleyimizdə. Bundan böyük xoşbəxtlik olarmı? O bayraq ki şəhidlərimizin qanı ilə sulanmış torpaqlarda ucalır. O şəhidlərimizin ki arxalarınca dastanlar yazılsın, nəğmələr qoşulsun deyə şəhid olmadılar."Vətən sağ olsun ! " -Onlar sadəcə bunun üçün şəhid oldular və tarix yazdılar. Bu, Azərbaycan ordusunun, Ali Baş Komandanın tarixidir.

ŞƏKİ ŞƏHƏR-RAYON POLİS ŞÖBƏSİNİN RƏİSİ, POLİS POLKOVNİKİ AZƏR MURADOV
Популярный ролик