Erməni dəstələrini yerlə yeksən etmək üçün xüsusi təyinatlılara 1 həftə vaxt lazımdı - ŞƏRH

Erməni dəstələrini yerlə yeksən etmək üçün xüsusi təyinatlılara 1 həftə vaxt lazımdı - ŞƏRHErməni terrorçu snayperi tərəfindən Azərbaycan əsgəri şəhid olur. Bu, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Minskdə keçirdiyi uğurlu görüşlər fonunda baş verən açıq təxribatdır. Bölgəmizdə sülh görmək istəməyən, quldurluq, soyğunçuluq və kriminal aktlarla qidalanan bu erməni terrorçuları bizim torpağımızda hərc-mərclik edirlər.

Telexeber.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında Azərbaycanın Rus icması sədrinin müavini, siyasi icmalçı Anastasiya Lavrina qeyd edib.
“Ermənistan tərəfi gah təxribat qrupları göndərir, gah da snayperləri işə salır. Buna son qoyulmalıdır. Əgər Qərbdə qanunsuz formalaşmış silahlı dəstədən olan hansısa terrorçu öz vətənində döyüş növbətçiliyi aparan hərbçisini güllələsəydi, bu terrorçu və onun üzvü olduğu təşkilatla nə olardı? Birincisi, onu yerindəcə məhv edərdilər və bütün Qərb mətbuatı bu cinayəti pisləyərdi...

Bəs Ermənistanın bu terror aktını dünya birliyi pisləyəcəkmi? Əlbəttə, yox. Demək, Azərbaycan özü Ermənistanın qanunsuz silahlı birləşmələrini neytrallaşdırmalıdır.

Əgər bu özbaşınalığı heç kəs dayandıra bilmirsə, demək, Azərbaycan özü hər şeyi həll edəcək. Təsəvvür edin, Vətən müharibəsi 44 gün davam etdi və biz 30 ilə yaxın işğal altında olan torpaqları azad etdik. Biz onların bütün blok-postlarını və kütləvi istehkamlarını məhv etdik.

İndi Qarabağ terrorçularının bu dəstəsini yerlə yeksən etmək üçün Azərbaycan xüsusi təyinatlılarına cəmi bir neçə gün lazım olacaq. Maksimum bir həftə”, - deyə həmsöhbətimiz qeyd edib.
Популярный ролик