BMT qınadı: Niderlandda Quranın yandırılması hörmətsizlikdir
- 25.01.2023, 11:06,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İsveç və Niderlandda Quranın yandırılması və cırılmasını hörmətsizlik və məsuliyyətsiz davranış kimi qiymətləndirib.
BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi isə İsveçin paytaxtı Stokholmda İslamın müqəddəs kitabı Quranın bir nüsxəsinin yandırılmasını “alçaq hərəkət” adlandırıb və qətiyyətlə pisləyib.
“Qurani-Kərimin yandırılması müsəlmanlara qarşı nifrətin ifadəsidir, bunu söz və ifadə azadlığı ilə qarışdırmaq olmaz".
Ali nümayəndə dünyanın müxtəlif yerlərində dini icmaların üzvlərinə qarşı ayrı-seçkilik, dözümsüzlük və zorakılıq hallarının, o cümlədən islamofobiyanın ümumi artımından dərin narahatlığını ifadə edib.
BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi ədalətli, sülhsevər cəmiyyətlərin qurulması və dəstəklənməsi üçün qarşılıqlı hörmətin vacibliyini vurğulayıb.