Azərbaycan XİN Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınadı
- 23.01.2023, 09:56,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Xarici İşlər Nazirliyi Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb.
Telexeber.az xəbər verir ki, bu barədə XİN-nin tviter səhifəsində paylaşım edilib.
Qeyd edilib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil: “Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağı təmin etməyə çağırırıq”.