Elçin Niyazova yüksək VƏZİFƏ VERİLDİ
- 25.01.2023, 12:53,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.
Telexeber.az “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub.
O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə ("Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.
1986-cı il təvəllüdlü E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.
Xatırladaq ki, bir müddət əvvəl də yerli mediada "Aztelekom" MMC-nin Baş direktoru Klaus Müllerin vəzifəsindən azad olunması haqda xəbər yayılmışdı, lakin qurum yazılanları təkzib etmişdi.
(Klaus Müller)