Rəsmən NATO-ya üzv olan Finlandiya Rusiyaya qarşı ilk addımı atdı
- 06.04.2023, 08:40,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
NATO-nun rəsmən üzvü olan Finlandiya Rusiya ilə sərhəddə hasar inşa edəcəyini bəyan edib.
Telexeber.az xəbər verir ki, bu barədə Röyters məlumat yayıb. Məlumatda deyilir ki, Avropa İttifaqı ölkələri arasında Rusiya ilə ən uzun quru sərhədinə malik olan Finlandiyanın Rusiya sərhədində inşa edəcəyi hasarın uzunluğu 200 kilometr olacaq. Elektron sensorlarla təchiz olunmuş üç metr hündürlüyündə olacaq hasarın dörd il ərzində tamamlanması gözlənilir. Məlumata görə, hasarın çəkilməsində məqsəd qeyri-qanuni miqrasiyanın qarşısını almaqdır. Finlandiya sərhədçiləri, pandemiyadan əvvəl gündə 13000-ə qədər insanın sərhədi keçdiyini, indi isə bu rəqəmin yüzə yaxın olduğunu bildirib.
Qeyd edək ki, Finlandiya ilə Rusiya arasında sərhədin uzunluğü 1340 kilometrdir.