Xəlil Göyüşov kimdir ki,onun mühəndisləri Vaqif Hüseynov və Əsgər adlı şəxslər - ölkədə özüdə sərhəd zolağında açıq aşkar talançılıqla məşqul olsun?
Bu ixtiyarı,sərbəstliyi onlara kim verib,hansı qurum verib?
Günün günorta çağı Astara rayonunda İranla sərhəddə ağır texnikalar işlədərək yaşıllığı,uzun ömürlü müxtəlif növdə ağacların məhvi ilə məşqul olur və bunu heç bir aidiyatı qurum görmür.Hansı məbləğ bunları belə kor edib?
Əlimizdə olan faktlara əsasən bu cür kəskin və iynəli danışırıq.Bu iynənin ucu kimlərə toxunacaq,kimləri incidəcək bax bu Cənab Prezidentə müraciətimizdən sonra bilinəcək.Etibarlı mənbədən Telexeber.az a göndərilən videoda hər şey açıq aydın məlum olur.Kəsilən ağacların material hissə tamaha qurban gedir,geri qalan lazımsız hissələrini çuxurlara basdırıb iz itirirlər.
Bir nüansıda diqqətinizə çatdırım ki,Xəlil Göyüşovun sədri olduğu «Körpü-Bina-Tikinti» MMC («KBT» MMC) ilə bağlı əldə etdiyimiz ən son məlumatlarda qeyd olunur ki, sözügedən şirkət külli miqdarda dövlət vəsaitini vergidən yayındırmaqla bir xeyli əlavə gəlir əldə etməyə nail olub. Belə ki, MMC sədrinin arxasında nüfuzlu şəxslərdən birinin dayandığını iddia edən mənbə bildirir ki, Xəlil Göyüşov elə buna görə də müxtəlif yollarla dövlətə vergi ödəməkdən boyun qaçırır.Tikinti işlərində istifadə olunan ağır tonnajlı texnikalar sərhəddən hansı yollarla keçirilir və niyə bu texnikalara sərhəd keçid məntəqəsində dövlət rüsümu ödənmir?
Bütün bunlara göz yuman və bu işdən karlı məbləğdə rüşvət götürən bir məmurun adı dilimizdədir,gələn səhifəmizdə hərkəsə məlum olacaq bu ad.Sadəcə səbirli olaq görək qarşı tərəf əlimizdəki faktlara hansı cavab verəcək,mövqeyi nə olacaq.
Bizi izləməyi davam edin,ardı varr.
https://youtube.com/shorts/4O8u_UBJ8-Y?si=uG9KWSk-fWbwLEzV