Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin isə etibar etdiyi şəxsdir. Bir şəxsiyyət kimi formalaşmağımızda bu peşə sahiblərinin üzərimizdə böyük zəhməti və əvəzsiz xidmətləri var. Onlar bizim daxili dünyamızı zənginləşdirməklə yanaşı, hərtərəfli tərbiyə edir, savad verir və ən əsası isə vətəndaş kimi formalaşmağımıza yardım edir. Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir.
Haqqında araşdırma apardığımız və oxucuların diqqətinə çatdıracağımız şəxsi,ziyallı müəllimi isdədik hərkəs tanısın.Masallı rayonu Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbin direktoru Habil Qənbərov Heybət oğlu 01.07.1958 ci ildə Masallı,Qarğalıq kəndində ziyalı ailədə dünyaya göz açıb.1982 ci idən pedoqoq ailəmin üzvüdür,ixtisasca Riyaziyyat müəllimidir.Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbdə 23 il Direktor vəzifəsində çalışdıqdan sonra təyinatı Seyran hacıyev adına Viləş kənt tam orta məktəbinə verilib.Habil Qənbərov 7 il Viləş kənt tam orta məktəbdə direktor vəzifəsində çalışdıqdan sonra təkrar təyinatı Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbə verilib və əlavə müqavilə ilə 5 ildir ki direktor vəzifəsini icra edir.Onu tanıyan hərkəs sevir,şəxsiyyətinə hörmətlə yanaşırlar.Onuda diqqətinizə çatdırım ki,Qarğalıq kənd tam orta məktəbin şagirdləri bu il ən yüksək balla alii məktəblərə qəbul olub.
Ağıl və elm kimi dünyaya məxsus olan açarın milyonlarla insanlara əxzində, məhz müəllim qüdrəti, müəllim əməyi əvəzsiz və sonsuzdur. Odur ki, bəşəriyyət formalaşdığı bir zamandan müəllimə olan münasibət fərqli məcrada özünü göstərə bilmişdir. Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir.Mən dünyada müəllimdən şərəfli ad tanımıram, - deyən Ümummilli Lider Heydər Əliyev, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır.
Pedoqoji əməyində öz sözünü demiş,əziyyəti ilə seçilən,şagirdlərin yüksək səviyyədə təhsili üçün çalışan Habil Qənbərov Heybət oğluna Telexeber.az əməkdaşları və onu sevənlər adından uzun ömür can sağlığı,işlərində müvəffəqiyyətlər arzu edirik.