“Binagadi Oil Company” də fəhlələrin əmək haqları mənimsənir.
1 yanvar 2022-ci ildən “Dövlət Neft Şirkətində işçilərin vəzifə əməyinin ödənilməsi haqqında Əsasnamə”yə Əlavələrdə nəzərdə tutulan tarif (vəzifə) maaşları 20 faiz artırılır qərarı verilməyinə baxmayaraq, “Binagadi Oil Company”rəhbəri Serqey Neymişov fəhlələrin əmək haqlarını 6 faiz qaldırıb.
Adlarının çəkilməsindən ehtiyat edən 41 fəhlə Telexeber.az-a müraciət etdi.
Şikayətçilərin müraciətində bildirilir ki,1 yanvar 2022-ci ildə verilən qərara hər yerdə əməl olunub,bircə “Binagadi Oil Company” dən başqa.Bizdədə həmin dövür əmək haqqı qalxdı ancaq cəmi cümlətanı 6 faiz.
Belə olduğu təqdirdə insanı bir şey düşündürür,Cənab Prezidentin göstərişi,əmri,tələbi bu qədərmi Serqey Neymişov tərəfindən önəmsənilmir ki,günün günorta çağı korrupsiya əməlləri ilə məşqul olur və buna Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) göz yumur.
“Binagadi Oil Company” də baş verənlər haqqında və orada işləyən 41 fəhlənin müraciətini,şikayətini “Binagadi Oil Company” rəhbəri Serqey Neymişov-a və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə çatdırmışıq.
Nəzərinizə çatdırım ki,Serqey Neymişov Azərbaycan dilində bilmədiyi üçün məsələyə hələdə aydınlıq gətirə bilməyib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidməti məsələdən agahdır,yalnız bir əmma var, mətbuat xidməti bildirir ki,məsələ ilə bağlı araşdırma gedir.Bu araşdırma nəvaxt bitəcək,bu haqda mətbuata nəvaxt açıqlama veriləcək bax o hələ bilinmir.
Diyəcəm fəhllələr bəlkə şər atır,yalan danışırlar?
Telexeber.az bu haqdada araşdırma apardı və məlum oldu ki,bəli belə qərar qeyd etdiyimiz tarixdən verilib.
Bəs bu sənət imzalanıbsa niyə icra olunmur?
Biz bu haqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabına və Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi
III dərəcəli dövlət ədliyyə müşaviri Rəcəbov Nazim Hafiz oğluna və aidiyyatı orqanlara müraciət edəcəyik.
Telexeber.az-ı izləməyə davam edin.