Məşhur supermarketdə YANĞIN
- 10.04.2023, 10:53,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, "Bazarstore" MMC-nin ümumi sahəsi 1210 m² olan mağazasının anbarında sahəsi 6 m² olan iş otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Bu barədə Telexeber.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.