Rəşad Dağlı hakim qarşısına çıxarılır - Məhkəmə başlayır
- 17.04.2023, 09:29,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün Meyxanaçı Rəşad Dağlının (Əmirov) törətdiyi cinayət işi üzrə ilk məhkəmə ixlası keçirilib.
Telexeber.az xəbər verir ki, məhkəməyə Leyla Əsgərova-Məmmədova sədrlik edəcək.
10:20-də başlayacaq iclasda meyxanaçının məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək.
Qeyd edək ki, Rəşad Dağlı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə ittiham edilir. Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.
Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.