Bakıda üçmərtəbəli binada yanğın olub
- 18.04.2023, 09:24,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda üçmərtəbəli binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Telexeber.az-a bildirilib ki, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 10 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.