Şəhid övladlarını ziyarətə gedən anaya qarşı quldurluq

Mingəçevirdə şəhid anasının çantasından oğurluq edilib.

Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki,Vətən müharibəsində şəhid olmuş Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gedib. Həmin zaman məzarların ətrafında təmizlik işləri apararkən onun başının qarışmasından istifadə edən şəxs qadının çantasından telefon və pul qabısını oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub.

Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Популярный ролик