31 yaşlı kişi özünə 3 bıçaq zərbəsi vurdu
- 17.05.2023, 10:10,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakının Sabunçu rayonunda 31 yaşlı kişi özünə bıçaqla xəsarətlər yetirib.
Telexeber.az “Report”a istinadən xəbər verir ki, Maştağa qəsəbəsində 1992-ci il təvəllüdlü Səid Şamil oğlu Ağayev özünə bıçaqla xəsarət yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının və hər iki qolun kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.