Ötən gecə Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində quyuya düşərək ölən uşağın valideyni danışıb.
Telexeber.az xəbər verir ki, azyaşlının valideyni itv-yə bildirib ki, uşağın cəsədi tapılmamışdan öncə onu hər yerdə axtarıblar:
"7-8 arası uşaqlarla oynayırdı. Evə çağırdım, dedi ki, bir az oynayıb gələcəm. Evə gəldim, bir müddət sonra çölə çıxanda uşağı tapa bilmədim. Əvvəlcə bacımgilə getdim ki, bəlkə orada olar. Sonra anam dedi ki, bəlkə qonşuda olar, amma yenə tapa bilmədik. Sonra polis də gəldi. Hər yerə baxsaq da tapa bilmədik. Sonra qarşıdakı quyudan ayaqqabı tapdıq".