"Dolu" filminin "Drakon"u həbs olundu - FOTO
- 19.05.2023, 09:42,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.
Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.
Telexeber.az xəbər verir ki, bunu APA-ya Rza Rzayevin vəkili Səlahəddin Cəfərov təsdiq edib.
Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.
