Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib
- 08.06.2023, 10:17,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu və Pirallahı rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 67 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitənin, psixotrop maddənin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.
Telexeber.az xəbər verir ki, bu barədə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.