Xaçmazda ev sakinlərini öldürüb evi yandıran şəxs saxlanıldı
- 27.06.2023, 10:48,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Cari ilin aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Telexeber.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, cinayət hadisəsi pul mübahisəsi ilə bağlı olub.
Araşdırmalar davam etdirilir.