Toyda bacısı oğlunu bıçaqladı
- 27.06.2023, 11:31,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Xaçmazda keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.
Telexeber.az xəbər verir ki, Çarxı kəndində keçirilən məclis zamanı 1970-ci il təvəllüdlü Baxışov Murad Baxışəli oğlu bacısı oğlu, 1993-cü il təvəllüdlü Bayramov Elyar Cəfər oğlunu bıçaqlayıb.
Hadisənin şəxsi münasibətlər zəminində olan mübahisə zamanı baş verdiyi bildirilir.
Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Qeyd edək ki, bacısı oğlunu bıçaqlayan şəxs əvvəllər soyğunçuluq və qəsdən sağlamlığa xəsarət yetirdiyinə görə iki dəfə məhkumluq həyatı yaşayıb.