Saatlıda həmyerlisini bıçaqlayan şəxs tutulub
- 07.04.2020, 08:24,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Saatlıda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.
Telexeber.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, əvvəllər məhkum olunmuş Qıraqlı kənd sakini, 1992-ci il təvəllüdlü Qasımov Nurlan Alim oğlu Saatlı polisi tərəfindən tutulub.
Qeyd edək ki, adı çəkilən şəxs aprelin 4-də səhər saatlarında Saatlının Mustafabəyli kənd sakini, 1982-ci il təvəllüdlü Zeynalov Asim Gülmalı oğlunu qarın nahiyəsindən bıçaqlayıb. Sonuncu qarın boşluğunu dəlib keçən yara ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.