Tovuzda üç otaqlı ev yandı
- 03.07.2023, 08:48,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Tovuzda üç otaqlı ev yanıb.
Bu barədə Telexeber.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Tovuz rayonunun Aşağı Quşcu kəndində ümumi sahəsi 144 m² olan taxta konstruksiyadan ibarət kürsülü, birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.