Bakıda 10 günlük körpəni zibilliyə atan şəxs MƏLUM OLDU
- 18.07.2023, 10:04,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.
Telexeber.az "Oxu.az"a istinadən bildirir ki, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.
Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.
Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.
Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusa atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.