Qəbələdə dağlıq ərazidə yanğın məhdudlaşdırılıb
- 15.08.2023, 12:10,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb.
Telexeber.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.
Yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb edilib.