Bakıda piyadanı öldürən “KamAZ” sürücüsü tutulub
- 23.03.2020, 19:02,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Martın 21-də saat 17 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini İsmayıl Abdullayev vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyindən TeIexeber.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının dərhal keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “KamAZ” markalı avtomobillə törətməkdə şübhəli bilinən paytaxt sakini S.Ömərov saxlanılıb və onun sərxoş halda olması müəyyən edilib.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.