Tərtərdə ana 32 yaşlı oğlunu bıçaqladı
- 15.09.2023, 10:19,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Tərtər rayonunda ana oğlunu bıçaqlayıb.
Telexeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tərtər şəhəri H.Əliyev prospektində yaşayan 1965-ci il təvəllüdlü Xanım İmanova yaşadıqları evdə oğlu, 32 yaşlı Nahid İmanlını bıçaqlayıb.
Ailədaxili münasibətlərin pozulması nəticəsində baş verən hadisədə sol döş qəfəsinin aşağı arxa hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri alan N.İmanlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanıb. X.İmanova polis tərəfindən saxlanılıb.