Bakıda avtomobildən 7 min manat oğurlandı
- 28.11.2023, 14:55,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda maşından oğurluq edilib.
DİN-dən Telexeber.az-a verilən xəbərə görə, noyabrın 25-nə keçən gecə Maştağa qəsəbəsi ərazisində “Volkswagen” markalı bir avtomobildən 7000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.