Avtomobildən 16 min manat pul oğurlayan şəxs saxlanılıb
- 11.07.2022, 14:50,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Avtomobildən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Telexeber.az-a verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 4 il əvvəl şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 16.000 manat və sənəd oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Dadaşzadə saxlanılıb.
Araşdırma aparılır.