Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanıldı
- 14.02.2024, 08:38,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Fevralın 12-də Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
DİN Mətbuat Xidmətindən Telexeber.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Qoşnəliyev Habil Bayram oğlu müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib.